İQTİSADİYYAT
Radioaktiv materialların aşkarlanması sahəsində əməkdaşlıq məsələləri AEBA ilə müzakirə edilib


Vyana, 12 mart, AZƏRTAC
Vyanada səfərdə olan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Nüvə təhlükəsizliyi bölməsinin direktoru Yenela Buqlova ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı nüvə və radioaktiv materialların qanunsuz daşınması və dövriyyəsinə qarşı mübarizədə Azərbaycan gömrük orqanları tərəfindən görülən tədbirlər barədə məlumat verilib, bu sahədə gömrük orqanlarının əməkdaşlarının potensialının artırılmasında AEBA ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana