Rafaelin tablosunun orijinallığını yoxlamaq üçün süni intellektdən istifadə edilib
Bakı, 29 iyul, AZƏRTAC
Rafaelin tablosunun orijinallığını yoxlamaq üçün süni intellektdən istifadə edilib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, həmin tablo Rafaelin Drezden Qalereyasında saxlanılan məşhur “Sikstin Madonnası”na çox bənzəyir və ekspertlərin bir çoxu iddia edirlər ki, o, dahi rəssamın orijinal əsəri ola bilər.
Bu tablo onun sahibi olan fondun adı ilə “Tondi de Bresi” adlandırılıb. Qeyd edək ki, “Madonna”nın mənşəyi ilə bağlı mübahisələr artıq 40 ildir davam edir. Süni intellekt bu iki əsəri müqayisə edib və onların arasında uyğunluq səviyyəsi 97 faiz olub.
Süni intellekt insanın gözü ilə görə bilmədiyi nüansları da aşkara çıxarır. Bununla belə, sənətşünaslar yenə də ortaq məxrəcə gələ bilməyiblər. Bredford Universitetinin tədqiqatçıları israr edirlər ki, süni intellektin nəticələri ekspertlərin rəyindən daha obyektivdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:10]
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
- 29.09.2026 [11:24]
Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb
- 29.09.2026 [11:20]
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
- 29.09.2026 [03:50]