Ralli üzrə dünya çempionatının 11-ci mərhələsinin qalibi müəyyənləşib
Bakı, 11 oktyabr, AZƏRTAC
İspaniyada klassik ralli üzrə dünya çempionatının 11-ci mərhələsi keçirilib.
Azərbaycan Avtomobil Federasiyasından AZƏRTAC-a bildirilib ki, Kataloniya dövrələrində təşkil olunan yarışda əsas mübarizə “Citroen” və “M-Sport” komandalarının nümayəndələri arasında gedib. Birinciliyi britaniyalı pilot Kris Mik bayram edib. Marşrutu 3 saat 1 dəqiqə 21,1 saniyəyə qət edən “Citroen” təmsilçisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
“M-Sport” kollektivindən Sebastyen Ojye (+28 saniyə) və Ott Tyanak (+33 saniyə) müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar.
Bu mərhələdən sonra şəxsi hesabda liderlik 198 xalla S.Ojyeyə məxsusdur. O.Tyanak 161 xalla ikinci, “Hyundai Motorsport”un belçikalı üzvü T.Nevil 160 xalla üçüncü yerdədir.
Növbəti mərhələ oktyabrın 26-29-da Böyük Britaniyada keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]