Ramazan bayramı ilə əlaqədar məktəblərdə tətil günləri açıqlanıb
Bakı, 18 aprel, AZƏRTAC
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprel ayının 21-i və 22-si Ramazan bayramı günləri müəyyən edilib. Bu səbəbdən Əmək Məcəlləsinə uyğun olaraq, aprel ayının 21-24-ü iş günləri hesab edilmir.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmin qərara əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü aprelin 20-si, bayramdan sonra ilk iş günü aprelin 25-dir. Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində isə bu həftə son iş günü aprelin 20-si, bayramdan sonra ilk iş günü aprelin 24-dür.
Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:32]
“Qəlbin simfoniyası” - bəstəkar Fikrət Əlizadənin yubiley gecəsi
- 06.10.2026 [18:16]
Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib
- 06.10.2026 [17:45]
BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib
- 06.10.2026 [16:30]