Ramin Musayev: İnanıram ki, “Sabah” kubok oyununda “Neftçi”yə qalib gələcək

Bakı, 23 aprel, AZƏRTAC
Bu gün bizi iki maraqlı oyun gözləyir. Çünki dörd komandanın hamısı finala vəsiqə qazanmaq üçün hər şeyi edəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Peşəkar Futbol Liqasının sabiq prezidenti Ramin Musayev Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları barədə danışarkən deyib.
Keçmiş funksionerin fikrincə, “Qarabağ” ilk matçda “Araz-Naxçıvan”a məğlub olsa da (0:1), cütün favoriti hesab olunur: “Əslində, Naxçıvan klubunun finala yüksəlməyini çox istəyirəm. Bu, azarkeşlər üçün də maraqlı olardı. Elmar Baxşıyev çox yaxşı komanda formalaşdırıb. Lakin muxtar respublika təmsilçisinin növbəti raunda vəsiqə qazanmasına şübhə ilə yanaşıram. Çünki onların qarşısında “Qarabağ” kimi güclü komanda var”.
R.Musayev “Sabah”ın “Neftçi”ni ilk matçda (2:1) olduğu kimi, cavab qarşılaşmasında da məğlub edərək, finala vəsiqə qazanacağına inandığını söyləyib: “Ağ-qaralar”ın hazırkı durumu yaxşı deyil. İnanıram ki, “Sabah” bu görüşdə də qalib gələcək. Kubokdakı nəticədən asılı olmayaraq, “Neftçi”nin bu mövsümkü çıxışı zəifdir. Samir Abasovda heç bir günah görmürəm. Onun yeganə səhvi “Sumqayıt”dan ayrılıb buraya gəlməsi idi. Çünki Abasov məhz Sumqayıt təmsilçisində mütəxəssis kimi formalaşmışdı”.
Qeyd edək ki, “Qarabağ” – “Araz-Naxçıvan” oyunu saat 17:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda, “Sabah” – “Neftçi” görüşü isə 20:00-da “Bank Respublika Arena”da təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2025 [18:32]
Balaxanı neftçisi Vətənə ikiqat dünya çempionu kimi qayıdıb
- 15.05.2025 [17:23]
Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarılıb
- 15.05.2025 [16:37]
Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazanıblar
- 15.05.2025 [15:06]
Bakıda “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinə start veriləcək
- 15.05.2025 [13:52]
“Barselona”nın hücumçusu mövsümün qalan hissəsini buraxa bilər
- 15.05.2025 [13:04]