RAZILAŞMA SƏNƏDLƏRİ BAKIDA İMZALANACAQDIR
bp-Azərbaycan şirkətindən AZƏRTAC-a bildirmişlər ki, həmin gün kredit verən qurumların nümayəndələri tərəfindən 27 razılaşmadan ibarət paketin də imzalanması nəzərdə tutulur. Mərasimdə Gürcüstan, Türkiyə və ABŞ-ın energetika nazirlərinin iştirakı gözlənilir.
Xatırladaq ki, borc alınacaq vəsaitlə kredit faizlərinin ümumi həcmi 2,6 milyard dollar təşkil edir. Bakı-Tbilisi-Ceyhan kəmərinin inşasına isə bütövlükdə 2.95 milyard ABŞ dolları həcmində vəsait qoyulmalıdır.