“Real Madrid” son 13 mövsümdə 11 dəfə Çempionlar Liqasının yarımfinalına yüksəlib
Bakı, 19 aprel, AZƏRTAC
“Real Madrid” klubu son 13 mövsümdə 11 dəfə Çempionlar Liqasının yarımfinalına yüksəlib. İspaniya klubu ötən gün “Çelsi”ni dörddəbir final mərhələsinin cavab görüşündə məğlub edərək, yoluna davam edib.
AZƏRTAC xəbər verir ki, bu, “kral klubu”nun baş məşqçisi Karlo Ançelotti üçün Çempionlar Liqasında doqquzuncu yarımfinal olacaq. İtalyan mütəxəssis “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolaya məxsus rekordu təkrarlayıb.
Ancaq Qvardiola bu gün “Bavariya”nı keçsələr, yenidən mütləq rekordçu olacaq.
Qeyd edək ki, “Real Madrid” ilk görüşdə də “Çelsi”ni 2:0 hesabı ilə üstələmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]