“Real Madrid” və “Barselona”nın sabiq futbolçusu Kipr klubunun baş məşqçisi olub
Bakı, 9 yanvar, AZƏRTAC
Kiprin “Pafos” komandasının yeni baş məşqçisi məlum olub.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, bu vəzifəyə ispaniyalı mütəxəssis Albert Selades gətirilib.
O, bu vəzifədə həmyerlisi Xuan Karlos Karsedonu əvəzləyib.
Albert Selades futbolçu karyerası ərzində İspaniyanın “Barselona” və “Real Madrid” komandalarında oynayıb.
Qeyd edək ki, “Pafos” bu mövsüm tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. Komanda turnirdə 6 oyundan sonra 6 xalla 26-cı pillədə qərarlaşıb. Kipr təmsilçisinin növbəti mərhələyə yüksəlmək şansı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]