Regionlarda elmin inkişaf strategiyası Heydər Əliyev zəkasının işığında- elmi konfrans
Bakı, 5 oktyabr, AZƏRTAC
Noyabrın 20-22-də AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə Şəkidə “Regionlarda elmin inkişaf strategiyası Heydər Əliyev zəkasının işığında” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbir Ulu Öndər Heydər Əliyevin 100 illiyinə və Şəki Regional Elmi Mərkəzinin yaradılmasının 50 illiyinə həsr olunacaq.
Konfrans “Heydər Əliyev, Azərbaycan dili və ədəbiyyatı”, “Heydər Əliyev və multikultural dəyərlər”, “Müasir dövrdə folklorun tədqiqi və təbliği”, “Tarixi, arxeoloji, etnoqrafik irsin öyrənilməsi”, “Təbii ipək əsaslı materiallar və bionanotexnologiyalar”, “Bitki ehtiyatlarından davamlı və ekoloji istifadə perspektivləri”, “Landşaft dinamikası və səhralaşma problemləri” və “Turizm-rekreasiya ehtiyatları” istiqamətləri üzrə təşkil olunacaq.
Tezislər oktyabrın 25-dək təqdim olunmalıdır.
Məqalələrin qəbulu noyabrın 15-də davam edəcək.