REQBİ ÜZRƏ BAKI ŞƏHƏR AÇIQ BİRİNCİLİYİNİN AÇILIŞ MƏRASİMİ KEÇİRİLMİŞDİR
Bakı, 27 aprel (AZƏRTAC). Qaradağ Təlim İdman Bazasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunmuş reqbi üzrə Bakı şəhər açıq birinciliyinin açılış mərasimi keçirilmişdir.
Açılış mərasimində baş idarənin idman sektorunun müdiri-rəis müavini Raqif Əliyev çıxış edərək reqbi idmanının ölkəmizdə tarixindən və onun inkişafı üçün nəzərdə tutulan işlərdən söhbət açmış və idmançılara uğurlar arzulamışdır.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra yarış açıq elan olunmuşdur. Yarış Azərbaycan və İngilis reqbi veteranlarının nümunəvi yoldaşlıq oyunu ilə başlamışdır.
Birincilikdə Azərbaycan komandaları ilə yanaşı, xarici vətəndaşlardan ibarət "Tissa" və Gürcüstanın "Koçebi" komandaları da iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]