Rəşad Sadıqov: Növbəti mərhələyə keçməyə daha yaxın tərəf biz idik
Bakı, 30 iyul, AZƏRTAC
Oyun barədə çox danışmaq çətindir. Hər şey göz qabağında idi.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Payde" ilə keçirilən cavab oyunundan (1:1) sonra təşkil olunan mətbuat konfransında deyib.
"Çoxlu qol epizodu yaratdıq. Üç-dörd oyuna bəs edəcək qədər qol imkanımız oldu. Təəssüf ki, top qapıdan keçmirdi. Hər iki oyunun gedişinə baxsaq, mərhələni keçməyə daha yaxın tərəf biz idik. Rəqibi təbrik edirəm", – deyə baş məşqçi bildirib.
Qeyd edək ki, "Payde" iki oyunun ümumi nəticəsinə əsasən "Zirə"ni 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Müxbir - Cavid Əliyev
Fotoqraf - Tofiq Babayev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]