ELM VƏ TƏHSİL
Rəsədxana: Günəş küləyinin sürətlənəcəyi gözlənilir
![](/files/galleryphoto/2024/1/1200x630/17125845913082514019_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17125845913610749647_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1712584591358637630_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17125845913912330212_1200x630.jpg)
Bakı, 8 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, Günəşin səthində ləkələrin sayı artıb. Altı ləkə qrupunda 79 ləkə qeyd olunur. Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olub.
Günəş küləyinin maksimal sürəti 653 kilometr/saniyəyədək artıb. Hazırda Günəş küləyinin sürəti normaldır (360 kilometr/saniyə). Geomaqnit qasırğası baş verməyib.
Proqnoz günlərində (8-14 aprel) C sinif alışmanın baş verməsi ehtimalı 35 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 5 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1 faiz təşkil edir.
Günəş küləyinin müsbət qütblü yüksəksürətli tac dəliyi zərrəciklərinin təsiri ilə aprelin 9-10-da sürətlənəcəyi gözlənilir. Müsbət qütblü yüksəksürətli tac dəliyi zərrəciklərinin təsirilə geomaqnit sahəsinin qeyri-sabit və aktiv olacağı gözlənilir. Geomaqnit qasırğası proqnozlaşdırılmır.