Rəsmi Moskva “Qurani-Kərim”in yandırılmasını qəti şəkildə pisləyib
Moskva, 23 yanvar, AZƏRTAC
Rəsmi Moskva “Qurani-Kərim”in yandırılmasını qəti şəkildə pisləyir.
AZƏRTAC xəbər verir ki, Rusiya xarici işlər nazirinin vicdan azadlığı sahəsində insan hüquqlarının qorunmasına dair xüsusi nümayəndəsi, səfir Gennadi Askaldoviç Stokholmda “Qurani-Kərim”in yandırılması ilə əlaqədar bəyanatı yayılıb. Sənəddə qeyd olunur ki, rəsmi Moskva “Qurani-Kərim”in yandırılması kimi yolverilməz və təxribat xarakterli aksiyanı qəti şəkildə pisləyir.
Onun sözlərinə görə, bu, radikalların İslama qarşı hücumudur. “Bu cür cinayətkar əməlləri pisləyir və rədd edirik. Radikallara qarşı tədbirlər görülməsinə çağırırıq”, - deyə bəyanatda bildirilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:43]
Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb
- 14.10.2026 [12:33]
Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
- 14.10.2026 [12:26]
Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb
- 14.10.2026 [12:11]