Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək
Bakı, 26 may, AZƏRTAC
28 may - Respublika Günü münasibətilə yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə Azərbaycan Ordusunda tədbirlər keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, “dəyirmi masa”lar, konfranslar, ekskursiyalar, kitab, foto və rəsm sərgiləri təşkil ediləcək, sənədli və bədii filmlər nümayiş olunacaq.
Eyni zamanda, ümummilli liderimiz Heydər Əliyevin, Azərbaycan Milli qəhrəmanları və Sovet İttifaqı qəhrəmanlarının abidələri, Şəhidlər xiyabanları ziyarət ediləcək, təmizlik və abadlıq işləri həyata keçiriləcək.
Təsdiq olunmuş plana əsasən, hərbi hissələrdə bayram konsertləri, viktorinalar, kütləvi hərbi vətənpərvərlik və digər tədbirlər keçiriləcək, veteranlar, elm, mədəniyyət və incəsənət xadimləri, məktəblilər, tələbələr və ictimaiyyət nümayəndələri ilə görüşlər təşkil ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetiriblər
- 25.09.2026 [17:30]
Müdafiə Nazirliyinin rəhbərliyi təlimdə məşqlərin gedişatını izləyib VİDEO
- 24.09.2026 [18:58]
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib
- 24.09.2026 [15:48]