Respublika Qadınlar Cəmiyyətində 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Bakı, 21 yanvar (AZƏRTAC). Respublika Qadınlar Cəmiyyətində 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılmışdır.
Toplantı iştirakçıları xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Cəmiyyətin sədri Bahar Qasımova bildirmişdir ki, 20 Yanvar faciəsi soyqırımı aktı olmaqla yanaşı, xalqımızın xatirəsində həm də mübarizə dolu şanlı bir tarixdir. Qanlı Yanvar faciəsi bütün dünyaya Azərbaycan xalqının azadlıq mübarizəsi uğrunda qəhrəmancasına canından keçməyə layiq olduğunu sübut etdi. Şəhidlər öz canlarını qurban verərək, ölkəmizin müstəqilliyinə yol açdılar.
Çıxış edənlər bildirmişlər ki, 20 Yanvar faciəsindən bir gün sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşməsi və mənfur sovet rejiminin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza təsəlli olmuşdur. Xalq o ağır günlərdə arxasında böyük bir dayaq olduğunu hiss etmişdir.
Tədbirin sonunda şəhidlərin xatirəsinə ehsan verilmiş, dualar oxunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]