Azərbaycan Dövlət İnformasiya Agentliyi

Respublika QİÇS-lə Mübarizə Mərkəzində 11 min 260 nəfər rəsmi qeydiyyatdadır

Respublika QİÇS-lə Mübarizə Mərkəzində 11 min 260 nəfər rəsmi qeydiyyatdadır

Bakı, 1 dekabr, AZƏRTAC

İİV infeksiyası – İnsanın İmmunçatışmazlığı Virusu tərəfindən törədilən və immun sistemin getdikcə artan zədələnməsi ilə xarakterizə olunan infeksion xəstəlikdir. İİV infeksiyasının gedişində dörd mərhələ müəyyən edilir. Bu mərhələlərdən asılı olaraq, İİV-ə yoluxan şəxslərdə müxtəlif kliniki simptomlar görünə bilər. İlkin mərhələdə ümumi halsızlıq, tez yorulma, limfa düyünlərinin böyüməsi, periodik olaraq hərarətin yüksəlməsi müşahidə olunur. Daha sonrakı mərhələlərdə isə digər ağırlaşmalar- dəri və daxili orqanların göbələk mənşəli zədələnmələri, vərəmə xas əlamətlər, bədxassəli şişlər görünür.

QİÇS isə Qazanılmış İmmunçatışmazlığı Sindromu adlanır və İİV infeksiyasının sonuncu mərhələsidir. Bu mərhələdə İİV-ə yoluxmuş şəxslərdə artıq immun sistemin daha proqressiv zədələnməsi müşahidə edilir və xəstələrdə çoxsaylı ağırlaşmalar – vərəm, mərkəzi sinir sisteminin zədələnməsi, mədə-bağırsaq sistemində patologiyalar, bədxassəli şişlər inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycanda ilk İİV-ə yoluxmuş şəxs 1987-ci ildə aşkarlanıb. Ümumilikdə 1987-ci ildən 2025-ci ilin üçüncü rübünün sonunadək 11 min 260 nəfər İİV-lə yaşayan Azərbaycan vətəndaşı Respublika QİÇS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyatdadır. Onlardan 70 faizini kişilər, 30 faizini isə qadınlar təşkil edir.

“İİV-ə yoluxmaya yüksək meyilli risk qrupları, həmçinin ümumi əhali arasında məqsədyönlü şəkildə icra olunan və həyata keçirilən müxtəlif istiqamətli əksepidemik və profilaktik tədbirlərin nəticəsidir ki, Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionuna daxil olan ölkələr arasında İİV-in yayılma göstəricisi ən aşağı olan ölkələrdəndir.

İnsan İmmunçatışmazlığı Virusuna qarşı mübarizə dövlətimizin səhiyyə siyasətində mühüm yer tutur və bu sahədə aparılan fəaliyyətlər bir neçə əsas istiqamət üzrə sistemli şəkildə həyata keçirilir. Hazırda ölkəmizdə İİV/QİÇS-lə bağlı xidmətlərin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. İİV-in aşkarlanma strategiyasının təkmilləşdirilməsi, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) ilə dövlət və özəl tibb müəssisələri arasında səmərəli əməkdaşlığın qurulması, RQMM tərəfindən risk qrupları ilə yanaşı, ümumi əhali arasında da maarifləndirici tədbirlərin və kütləvi müayinələrin təşkili, diaqnostikada yüksək həssaslığa, spesifikliyə malik testlərdən istifadə olunması bu istiqamətdə atılan addımlardandır.

Ölkəmizdə İİV-in aşkarlanması Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son tövsiyələrinə uyğun olaraq, RQMM-də və regionlarda yaşayan insanların müayinələrə əlçatanlığının təmin olunması məqsədilə 10 regional laboratoriya fəaliyyət göstərir. Bunlarla yanaşı, İİV-ə yoluxmaya daha yüksək meyilli və nisbətən cəmiyyətə qapalı olan risk qruplarının İİV-ə testləşməsi RQMM tərəfindən təşkil olunan səyyar və stasionar könüllü müayinə məntəqələrində aparılır. Müayinələr ödənişsiz, anonimlik və konfidensiallıq prinsipinə tam əməl olunmaqla icra olunur. Bu, fərdlərin sosial stiqmadan azad, qorxu hissi olmadan testdən keçmələrinə şərait yaradır və İİV diaqnozunun məxfiliyini təmin edir. Bütün bu tədbirlər İİV infeksiyasının vaxtında və erkən mərhələdə aşkarlanması, effektiv müalicənin başlanması üçün zəruri şərtlər yaradır. Nəticədə İİV testləşməsi təkcə tibbi diaqnostika və müalicə prosesinin əsas elementi deyil, həm də sağlam və məlumatlı cəmiyyətin qurulması üçün vacib sosial alətdir”, - deyə direktor vurğulayıb.

Antiretrovirus Terapiyasının (ART) İİV-ə qarşı mübarizənin əsasını təşkil edən, virusa qarşı yüksək effektivliyə malik müalicə üsulu olduğunu bildirən F.Məmmədov əlavə edib ki, ART-nin əsas məqsədi virusun orqanizmdə replikasiyasının qarşısını almaqla, qanda virusun səviyyəsini təyin olunmayan səviyyəyədək endirməkdir. Nəticədə virusun ötürülməsinin qarşısı alınaraq epidemioloji təhlükəsizlik təmin edilir, immun sistemin fəaliyyəti bərpa olunaraq orqanizmdə digər opportunistik infeksiyaların, yanaşı xəstəliklərin və ağırlaşmaların inkişafının qarşısı alınır, xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması və ölüm hallarının azaldılmasına nail olunur. Müntəzəm və düzgün tətbiq olunan müalicə nəticəsində İİV infeksiyası artıq ölümcül xəstəlik deyil, idarəolunan xroniki bir xəstəliyə çevrilib. “Ölkəmizdə İİV-lə yaşayan şəxslərə ART 2006-cı ildən etibarən tətbiq edilir. İİV-lə yaşayan şəxslərin müalicəsi Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən uğurla həyata keçirilir və koordinasiya olunur. Hazırda 10 mindən artıq İİV-lə yaşayan Azərbaycan vətəndaşı antiretrovirus müalicə proqramı çərçivəsində daimi nəzarət və müalicə altındadır. Ölkəmizdə tətbiq edilən müalicə sxemləri ÜST-nin tövsiyələrinə əsasən, milli protokola uyğun olaraq İİV-lə yaşayan insanlara ödənişsiz qaydada, anonimlik və konfidensiallıq prinsipi qorunmaqla təyin edilir. Regionlarda yaşayan vətəndaşların müalicəyə əlçatanlığını təmin etmək məqsədilə ARV preparatların verilməsi regional İİV laboratoriyaları tərəfindən həyata keçirilir”.

Direktor İİV-ə yoluxmanın qarşısının alınması istiqamətində aparılan profilaktik tədbirlərdən danışıb: “RQMM tərəfindən həyata keçirilən profilaktik tədbirlərə Təmasdan Öncə (PrEP) və Təmasdan sonra Profilaktika (PEP), Anadan uşağa ötürülmənin profilaktikası (AUÖP), risk qrupları arasında zərərin azaldılması proqramı üzrə həyata keçirilən tədbirlər aiddir.

Təmasdan öncə profilaktika (PrEP) İİV-lə yoluxmamış, lakin yüksək yoluxma riski altında olan şəxslərdə virusun qarşısının alınmasına yönəlmiş profilaktik tibbi tədbirdir. Bu üsul təmasdan öncə antiretroviral preparatın müəyyən müddət ərzində profilaktik məqsədlə qəbuluna əsaslanır. PrEP insan orqanizmində virusun hüceyrələrə daxil olub çoxalmasının qarşısını alır və beləliklə, İİV-ə yoluxma ehtimalını 90–99 faiz azaldır.

Təmasdan Sonra Profilaktika (PEP) İİV-ə yoluxmuş şəxslə təmasdan sonra virusun orqanizmdə çoxalmasının qarşısını almağa yönəlmiş ARV preparatların 28 günlük qəbuluna əsaslanan profilaktik tədbirdir. PEP-in effektivliyi yalnız vaxtında müraciət və dərmanların düzgün qəbulundan asılıdır. İİV-li şəxslə təması olan insanlar və peşə zədələnməsi olan tibb işçiləri təmasdan sonrakı ilk 72 saat ərzində Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət etməlidirlər.

Təmasdan Sonra Profilaktika 2006-cı ildən ölkədə Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən həyata keçirilir. Tibb işçiləri arasında aparılan profilaktika nəticəsində İİV-ə yoluxma halı qeydə alınmayıb.

İİV-in parenteral yolla yoluxmasını nəzərə alaraq, xüsusilə tibbi prosedur və manipulyasiyalar zamanı bir dəfəlik və steril tibbi avadanlıqlardan istifadə tövsiyə olunur. Tibb müəssisələrində qan, cərrahiyyə, ginekoloji, stomatoloji kimi tibbi müdaxilələr zamanı tibb işçilərinin universal ehtiyat tədbirlərinə riayət etməsi mütləqdir. Bu məqsədlə Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən ölkədə fəaliyyət göstərən dövlət və özəl tibb müəssisələrində çalışan tibb işçiləri arasında silsilə təlimlər keçirilir. Həmçinin RQMM tərəfindən “Tibb müəssisələrində İİV infeksiyasının profilaktikasına aid universal təhlükəsizlik qaydaları” çap olunaraq tibb işçiləri arasında paylanılıb.

Anadan uşağa ötürülmənin profilaktikası – İİV-in anadan uşağa bətndaxili inkişaf dövründə, doğuş zamanı və südəmər dövrdə ötürülməsinin qarşısını almağa yönəlmiş tədbirlər kompleksindən ibarətdir. Bütün qadınların hamiləlik dövründə qadın məsləhətxanalarında qeydiyyata durması, İİV-ə və digər infeksiyalara müayinə olunması, İİV-lə yaşayan qadınların mütləq şəkildə sağlam ailə planlaması məqsədilə ART proqramına cəlb olunması, həkim nəzarətində olmaları tövsiyə olunur.

AUÖP-ə, həmçinin yenidoğulmuşun profilaktikası da aiddir. RQMM tərəfindən yenidoğulmuşların İİV-ə yoluxmasının qarşısının alınması məqsədilə suspenziya şəklində 28 günlük profilaktik dərman verilir və yenidoğulmuş nəzarətə götürülür. Qeyd etmək vacibdir ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən aparılan uğurlu profilaktika proqramları nəticəsində mərkəzdə qeydiyyata götürülən və müalicə proqramına cəlb olunan bütün hamilə qadınlardan doğulan uşaqlar cəmiyyətə sağlam təhvil verilib”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlığında yeni mərhələ - ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq