Respublikanın bəzi çaylarında qısamüddətli daşqınların olacağı gözlənilir
Bakı, 12 iyun, AZƏRTAC
Son günlər yağan yağışlarla əlaqədar respublikanın bəzi çaylarında daşqınların olacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, iyunun 12 və 13-də yağan leysan yağışları nəticəsində Böyük və Kiçik Qafqazın çaylarında qısamüddətli daşqınların olacağı ehtimalı var. Onun dediyinə görə, daşqınlar iyunun 12-də, gecə və iyunun 13-də səhər baş verə bilər.
Hazırda Kür çayında vəziyyətin sabit olduğunu deyən baş hidroloq onu da bildirib ki, yaxın günlərdə suyun səviyyəsinin artacağı gözlənilsə də, onun heç bir təhlükə doğurmayacağı ehtimal edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]