Robert Şvartsman Formula E çempionatının test yürüşlərində iştirak edəcək
Bakı, 18 aprel, AZƏRTAC
“DS Penske” komandası Robert Şvartsmanın Formula E çempionatında yeni pilotlar üçün testlərdə çıxış edəcəyini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, 23 yaşlı rusiyalı yürüşçü Formula E maşınında ilk dəfə özünü sınayacaq.
Testlər aprelin 24-də Berlində, seriya mərhələsinin ənənəvi təşkil olunduğu Tempelxov aerodromunda keçiriləcək.
Robert Şvartsman müsahibəsində deyib: “Mən Formula E maşınının sükanı arxasına oturacağıma çox sevinirəm. Bu imkana görə Cey Penskeyə təşəkkürümü bildirirəm.
Mümkün qədər müxtəlif texnikanı sınaqdan keçirmək həmişə maraqlıdır. Bu il mənim belə bir imkanım var. Mən Formula 1 çempionatında “Ferrari” komandasında üçüncü pilot qismində fəaliyyət göstərirəm və “GT” yürüşlərində debütə hazırlaşıram, indi isə üstəlik Formula E-də iştirak edirəm. Mən, həmçinin “DS Penske” ilə işləməyi böyük maraqla gözləyirəm”.
Qeyd edək ki, Berlində keçirilən testlərdə “NIO 333 Racing” kollektivinin heyətində daha bir rusiyalı pilot - Daniil Kvyat iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]