ROMA PAPASI KİV-LƏRDƏN HƏQİQƏTƏ HÖRMƏTLƏ YANAŞMAĞI XAHİŞ EDİR
Roma Papası Müqəddəs Pyotr meydanında ənənəvi bazar günü moizəsində çıxış edərək xatırlatmışdır ki, bu gün kilsə Ümumdünya ictimai kommunikasiyalar gününü qeyd edir və cari ildə o, KİV-lərin ailəyə təsiri mövzusuna həsr olunmuşdur.
Papa demişdir ki, KİV-lər mədəni ünsiyyətin, təhsilin və mənəvi inkişafın mühüm mənbəyi ola bilər, bununla yanaşı, ailə, din və ictimai əxlaq üçün ciddi təhlükə də törədə bilərlər. Pontifik vurğulamışdır ki, valideynlərin üzərinə xüsusi məsuliyyət düşür. Onlar uşaqlarının televiziyadan və İnternetdən nə kimi informasiya əldə etdiklərinə göz qoymalıdırlar.
Papa KİV-lərin fəaliyyətinə nəzarət etməli və onu tənzimləməli olan dövlət təsisatlarını və ictimai təsisatları da məsuliyyətə çağırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]