Roma Papasının İraqa səfəri başa çatıb
Bakı, 8 mart, AZƏRTAC
Roma Papası Fransisk İraqa tarixdə ilk apostol səfərini bazar ertəsi günü başa vurub.
AZƏRTAC Yaxın Şərq KİV-lərinə istinadla xəbər verir ki, Bağdad beynəlxalq aeroportunda pontifiki ölkənin ali rəhbərliyinin nümayəndələri və qvardiyaçıların qarovulu yola salıb.
Poma Papası İraqda olduğu dörd gün ərzində 1,4 min kilometr yol qət edib. O, martın 5-də Bağdada gəlib, sonrakı günlərdə Mosul və Ərbilə gedib, Nəcəf şəhərində İraq şiələrinin lideri ayətullah Əli əl-Sistani ilə görüşüb.
Papa Fransisk hələ 2019-cu ildə İraqa getmək arzusunu dilə gətirmişdi, lakin pandemiya bu planın həyata keçməsinə mane olmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]