“RUHNAMƏ”DƏN İMTAHAN VERƏ BİLMƏYƏNLƏRİN DİPLOMLARI TANINMIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Rusiyanın və MDB dövlətlərinin ali məktəblərini 1993-cü il yanvarın 1-dən sonra bitirən Türkmənistanın müxtəlif dövlət təşkilatlarının yüzlərlə əməkdaşı ixtisara düşmüşdür. Bu şəxslərin diplomlarının tanınması üçün ildə iki dəfə - yanvar və iyun aylarında imtahan keçirilir. Qiyabi və özəl ali məktəbləri bitirənlərin sənədləri ümummiyyətlə qəbul olunmur.
Türkmənistanda 10 il əvvəl qəbul edilmiş qərara görə qiyabi və özəl təhsil sistemi olmamalıdır. İmtahana buraxılan şəxslər Saparmurad Türkmənbaşının “Ruhnamə” (Türkmənistanda bu kitab müqəddəs sayılır və Qurandan sonra ikinci kitab hesab edilir) kitabından dövlət imtahanı verməlidirlər. İmtahan çox ciddi götürülür və sınaqdan çıxmayanların diplomu tanınmır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]