RUSİYA GÜRCÜSTANA QARŞI İQTİSADİ SANKSİYALAR TƏTBİQ ETMİŞDİR
“Poçtı Rossii”nin Gürcüstanla əlaqəsinin kəsilməsi ölkənin sosial-iqtisadi vəziyyətinə xeyli təsir göstərəcəkdir, çünki Rusiyada işləyən Gürcüstan vətəndaşlarının əksəriyyəti məhz poçt vasitəsilə pul köçürürlər.
Eyni zamanda, bu günlərdə Dövlət Dumasında Rusiya hökumətinə RF-yə düşmənçilik münasibəti bəsləyən ayrı-ayrı dövlətlər və ərazilərlə bank əməliyyatlarına qadağa qoymaq hüququ verilməsinə dair Federal qanuna düzəlişlər nəzərdən keçiriləcəkdir.
Xatırladaq ki, Rusiya ilə Gürcüstan arasında münasibətlər casusluqda ittiham edilən dörd Rusiya zabitinin Tbilisidə həbs olunmasından sonra kəskinləşmişdir. Gürcüstan zabitləri Rusiyaya qaytarsa da, iki ölkə arasında münasibətlər pozulmaq həddindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [20:10]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [16:57]