Rusiya hökuməti düyü və düyü unu ixracına qadağa qoyub
Bakı, 29 iyul, AZƏRTAC
Rusiya hökuməti düyü və düyü unu ixracına 2023-cü il dekabrın 31-dək müvəqqəti qadağa qoyub.
AZƏRTAC xəbər verir ki, RF Nazirlər Kabinetinın saytında dərc olunan məlumata görə, müvafiq fərman Baş nazir Mixail Mişustin tərəfindən imzalanıb.
Məlumata görə, düyü və düyü yarmasının ixracı üçün bir sıra istisnalar nəzərdə tutulub. Qadağa Avrasiya İqtisadi İttifaqı ölkələrinə şamil edilməyəcək. Rusiyadan düyü və düyü yarması humanitar yardım çərçivəsində xaricə də göndərilə bilər.
Rusiya Nazirlər Kabinetinin düyü və düyü yarmasının ixracına qoyduğu qadağa 2022-ci il dekabrın 31-dək qüvvədə olub və sonradan 2023-cü il iyunun 30-na qədər uzadılıb. Qərar ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə, bu məhsulların daxili bazardakı qiymətlərinin sabit saxlanılmasına yönəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:26]
Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb
- 12.06.2026 [16:10]
Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər
- 12.06.2026 [15:59]
Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir
- 12.06.2026 [15:59]
Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb
- 12.06.2026 [15:51]
Avropa İttifaqında yeni sığınacaq qaydaları qüvvəyə minib
- 12.06.2026 [15:30]