RUSİYA İLƏ SƏRHƏDDƏ RAZILAŞDIRILMAMIŞ ƏRAZİLƏR 5-6 FAİZ TƏŞKİL EDİR
Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor İlham Mehdiyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Rusiya ilə Azərbaycan arasında sərhəddə razılaşdırılmamış ərazilər cəmi 5-6 faiz təşkil edir. Hazırda Rusiya ilə danışıqlar başa çatmaq üzrədir.
O qeyd etmişdir ki, Gürcüstanla sərhədlərin müəyyənləşdirilməsi üzrə aparılan danışıqlarda ciddi irəliləyişlər var. Burada sərhədlərin 30-40 faizi dəqiqləşdirilmişdir.