RUSİYA MÜDAFİƏ NAZİRLİYİ İRANA RAKET SATILDIĞINI ETİRAF ETDİ
O, Moskvada mətbuat konfransında demişdir: “Həqiqətən, İranla ona “Top” zenit kompleksləri satılması haqqında saziş imzalanmışdır. Bu, regionda qüvvələr balansında dəyişikliyə səbəb olmayacaqdır. Rusiya İrana silah satışını beynəlxalq qanunvericiliyə riayət etməklə həyata keçirir”.
İvanovun sözlərinə görə, “Top-M1” raket kompleksləri ortamənzilli müdafiə silahıdır. Bu komplekslərdən ancaq hər hansı kiçik radiusda təyyarələr peyda olduqda istifadə edilə bilər. Onlar yerdə zərbə endirə bilmir.
İrana belə silah satılması faktını bundan əvvəl RF XİN də təsdiqləmişdi. Rusiya diplomatları da vurğulamışdılar ki, söhbət ancaq müdafiə silahlarından gedir. XİN-in rəsmi nümayəndəsi Mixail Kamınin demişdir: “Hərbi-texniki əməkdaşlıq üzrə bağlanmış bütün müqavilələr, kütləvi qırğın silahlarının yayılmaması sahəsi də daxil olmaqla, beynəlxalq öhdəliklərimizə, eləcə də Rusiya qanunvericiliyinə tam uyğundur”.
29 ədəd “Top” zenit raket kompleksi satılmasına dair bağlaşma Rusiya ilə İran arasında noyabrın axırlarında imzalanmış müqavilələr paketinin bir hissəsidir. Raket kompleksləri ilə yanaşı, Rusiya İran hərbi dəniz qüvvələri üçün keşikçi katerləri də satacaq, habelə bu ölkənin hərbi hava qüvvələrindəki sovet istehsallı Su-24 və MiQ-29 hərbi təyyarələrini modernləşdirəcəkdir.
Təxmini hesablamalara görə, müqavilələr paketinin ümumi dəyəri 1 milyard dollardır.