Rusiya Qızıl Xaç Cəmiyyətinin avtomobili Xankəndidən Ağdama qayıdıb
Ağdam, 12 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Səhər saatlarında Ağdamdan Xankəndiyə gedən Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) yük maşını geri qayıdıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş katibi Ceyhun Mirzəyev məlumat verib.
O bildirib ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməniəsilli sakinlərə göndərdiyi ərzaq və qeyri-ərzaq məhsulları Xankəndidə müvafiq anbara boşaldılıb: “Artıq onlar Ağdam-Xankəndi yolu ilə Ağdama qayıdıblar. Rusiya Qızıl Xaç Cəmiyyətinin əməkdaşları sabah ölkələrinə yola düşəcəklər”.
Bununla da Azərbaycanın Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadə olunmaqla yardım göstərmək təklifi artıq reallığa çevrilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:42]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [20:51]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [18:43]
Naxçıvan şəhərində 7,7 kilometrlik yolun asfaltlanmasına başlanılıb
- 05.06.2026 [17:49]
Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
- 05.06.2026 [17:40]