Rusiya vətəndaşları Azərbaycandan keçməklə Gürcüstana səfər edə bilərlər
Tbilisi, 6 mart, AZƏRTAC
Rusiya vətəndaşlarının Gürcüstana səfər etmələri üçün bəzi qaydalar yumşaldılıb. Yeni qaydalara əsasən, Rusiya vətəndaşları martın 6-dan başqa ölkələrdən keçməklə Gürcüstana səfər edə bilərlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar hələki bağlıdır. Ona görə də Rusiya vətəndaşları Gürcüstana birbaşa uçuşların olduğu ölkələrdən gələ bilərlər.
Nazirlik, həmin ölkələr arasında Azərbaycanın və Türkiyənin də olduğunu bildirir.
Qeyd edilib ki, Rusiya vətəndaşları təyyarə ilə birbaşa Bakıya uçaraq, oradan sonra Bakı-Tbilisi reysi ilə Gürcüstana gələ bilərlər.
“Rusiya vətəndaşları Gürcüstana gəldiyi zaman son 72 saat ərzində əldə olunan "PCR" testini təqdim etməlidirlər”, - deyə nazirlikdən bildirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]