Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiyada azərbaycanlılara qarşı artan təzyiqlər: Səbəblər və nəticələr TƏHLİL

Rusiyada azərbaycanlılara qarşı artan təzyiqlər: Səbəblər və nəticələr TƏHLİL

Bakı, 28 iyun, Rabil Kətanov, AZƏRTAC

Müharibənin öz qanunları var - yazılmış və yazılmamış. Müharibə dövründə qanunlar kəskinləşir ki, buna da təbii yanaşılır və cəmiyyət tərəfindən başa düşülür: ölkə müharibə vəziyyətindədir, qanunların sərtləşməsi labüddür. Rusiyanın da müharibə apardığı bir zamanda cəmiyyəti daha sıx konsolidasiya etmək üçün qanunlarını sərtləşdirməsi aydın məsələdir. Rusiya kimi çoxsaylı etnik azlıqların yaşadığı və olduqca böyük bir coğrafiyanı əhatə edən ölkənin narazı vilayətlərini də nəzərə alsaq polisin reydləri də aydın olur. Aydın olmayan isə ondan ibarətdir ki, Rusiya niyə bu “qanun sərtləşməsi” məsələsini siyasiləşdirir, təzyiq vasitəsi kimi istifadə edir. Bu gün Rusiyada həyata keçirilən daxili siyasət 1930-cu illərin Almaniyasını xatırladır. “Total təbliğat” və “total nəzarət”. Hər bir dövlətin xarici siyasəti onun daxili siyasətinin davamıdır. Rusiyada heç də hər kəs Ukrayna ilə müharibəni dəstəkləmir. Rusiya daxildə cəmiyyətə qarşı qanunları sərtləşdirərək təzyiq etdiyi kimi, xarici siyasətində də eyni üsuldan istifadə edir.

Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri də digər diasporlar kimi tez-tez təzyiqlərə məruz qalır. Lakin iyunun 27-də Yekaterinburq şəhərində Rusiya polisinin xüsusi təyinatlı dəstəsinin törətdiyi əməl ağır cinayət tərkibinə malikdir. Açıq-aşkar heç bir günahı olmayan azərbaycanlılar polis tərəfindən vəhşicəsinə qətlə yetirilib.

Rusiyanın Marqarita Simonyan kimi muzdlu təbliğatçısının vaxtilə dediyi “İsti müharibədə Rusiya Ukrayna üzərində 2 günə qələbə qazanar” tezisi özünü doğrultmadı. Artıq 4-cü ildir ki, müharibə davam edir, hələ də Rusiyanın Ukrayna şəhərlərini dağıtmaqdan başqa nəzərəçarpacaq qələbəsi görünmür. Qərbdən əsaslı dəstək alan Ukrayna yaxşı müdafiə olunur və müharibə uzanır ki, bu da Rusiya iqtisadiyyatını və insan resurslarını məhvə doğru aparır. Avropa və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar əhalinin onsuz da zəif olan sosial vəziyyətini daha da ağırlaşdırıb. İllik inflyasiya 11,13 faiz təşkil edir. Dollar rublu 100 faiz üstələyib. Rusiya Avropa qaz bazarının 26 faizini əlində saxlayaraq milyardlarla dollar gəlir qazanırdı. Bu gün bu rəqəm 5 faizə enib. Müharibə dövründə oliqarxların övladlarının Avropa və Asiyanın məşhur istirahət mərkəzlərində əylənməsi, həmin məkanlardan paylaşdıqları foto və videolar sosial şəbəkələrdə geniş narazılıqla qarşılanır. Halbuki ön cəbhəyə göndərilən və ölümlə üz-üzə qalanlar əsasən milli azlıqlardır. Bu vəziyyət isə etnik tərkibli muxtar qurumlarda birmənalı qarşılanmır və ciddi narahatlıq doğurur.

Səfərbərlik zamanı gənclərin heç bir ayrı-seçkilik aparılmadan, zorla döyüşə göndərilməsi, böyük itkilər bahasına kiçik bir şəhərin alınması kimi halları “uğur” kimi təqdim etmək, əslində, cəmiyyətin artan narazılığını daha da dərinləşdirir. Lakin Rusiya televiziyaları bu narazılıqları görməzdən gəlir və əsl problemlər ətrafında müzakirə aparmaq əvəzinə yeni “düşmən obrazı” axtarışına çıxırlar. Klassik imperiya siyasəti yenidən işə salınıb: əvvəlcə süni münaqişə yaradılır, qan tökülür, sonra isə Rusiya özünü “sülhməramlı” kimi təqdim edərək səhnəyə çıxır. İctimai rəyə təsir etmək üçün isə təbliğat vasitələri hərəkətə gətirilir. Guya Rusiya xarici ölkələrdəki rusları müdafiə edir, sülh missiyası həyata keçirir və oxşar absurd iddialar irəli sürülür. Əslində isə Rusiya hələ də keçmiş SSRİ respublikalarını müstəqil dövlətlər kimi qəbul etmək istəmir. Onlara yuxarıdan aşağı baxır, hərbi və siyasi təzyiqlər göstərir, bu ölkələrə hələ də özünün keçmiş koloniyaları kimi yanaşır.

İkinci Dünya müharibəsindən sonra, 1949-cu ildə yaradılan Qarşılıqlı İqtisadi Yardım Şurası və 1955-ci ildə təsis olunan Varşava Müqaviləsi Təşkilatına üzv olan Şərqi Avropa ölkələri SSRİ-nin əsas müttəfiqləri sayılırdı. Bu müttəfiqlik, əslində, Çexoslovakiyada 1968-ci ildə və Macarıstanda 1956-cı ildə yüzlərlə insanın qanı bahasına başa gəlmişdi. SSRİ dağıldıqdan sonra isə həmin ölkələrin heç biri Rusiyanın yanında dayanmağı qəbul etmədi. Tarix sübut edir ki, xalqları uzun müddət zor və boyunduruq altında saxlamaq mümkün deyil.

Rusiyanın hazırkı siyasətinə və aparılan müharibəyə etiraz olaraq ölkəni tərk edən tanınmış yazıçı Boris Akunin bir müsahibəsində deyib: “Bu gün Rusiya cəmiyyəti məsuliyyətli davranmalı, gələcəyə baxmalı və onu hansı fəlakətlərin gözlədiyini dərk etməlidir”. Həqiqətən də, bu gün Rusiya fəlakətə çox yaxın nöqtədədir. Bu fəlakəti önləmək üçün Kremlin yeni münaqişə ocaqları yaratmağa ehtiyac duyduğu açıq şəkildə hiss olunur. Təsadüfi deyil ki, Ermənistanda baş qaldıran revanşist meyillər də məhz Rusiyanın bölgədə həyata keçirdiyi siyasətin nəticəsidir. Ermənistan xalqının qəzəbi ilə hakimiyyətdən uzaqlaşdırılan Köçəryan-Sarkisyan cütlüyünün yenidən siyasi səhnəyə qayıtması, mövcud hökuməti Qarabağın itirilməsində ittiham etməsi bu proseslərin Moskvanın dəstəyi ilə yönləndirildiyini göstərir.

Bu günə qədər nə SSRİ, nə də onun varisi olan Rusiya müttəfiq hesab etdiyi heç bir dövləti real təhlükə zamanı müdafiə edə bilməyib. Suriyada baş verənlər bunu açıq şəkildə ortaya qoydu. Ondan əvvəl isə İraq, Əfqanıstan, keçmiş Yuqoslaviya, Vyetnam, İran, Şimali Koreya və digər ölkələr təcavüzə məruz qaldıqları zaman Rusiyanın bu dövlətlərə yardım etmək əvəzinə kənarda dayanması diqqətdən yayınmayıb. Rusiyanın bu siyasəti yaxın qonşuların onun ətrafında birləşməsinə imkan vermədi. Əksinə, bu dövlətlər tədricən Moskvadan uzaqlaşmağa başladılar. İnkişafa doğru irəliləyən, iqtisadi uğurlar əldə edən qonşu ölkələr isə Rusiyanın narazılığı və təzyiqi ilə üzləşdilər. Gürcüstan, Ukrayna və Moldova kimi ölkələr sərbəst bazar iqtisadiyyatı və demokratik idarəetmə istiqamətində addımlar atdıqca Moskva tərəfindən təzyiqlərə məruz qaldılar. Halbuki Rusiya bu dövlətlərin ona real təhlükə yaratmadığını yaxşı anlayır. Məsələn, cəmi 3 milyon əhalisi olan Gürcüstan Rusiyaya hərbi və siyasi baxımdan təhdid ola bilməz. Lakin buna baxmayaraq, Gürcüstanın inkişafını təhlükə kimi qiymətləndirən Rusiya onun ərazisinin bir hissəsini işğal etdi, iqtisadiyyatına zərbə vurdu və ölkəni inkişaf yolundan uzaqlaşdırdı.

Azərbaycan Qarabağı işğaldan azad etdikdən sonra inkişafın yeni mərhələsinə qədəm qoyub. Dünyanın bütün siyasi qütbləri ilə balanslaşdırılmış xarici siyasət yürüdən Azərbaycan bu gün regionda sabitliyin və dayanıqlılığın nümunəsi – bir növ “sabitlik adası” kimi çıxış edir. Rəsmi Bakı Avropanın təbii qazla təmin edilməsindən tutmuş Mərkəzi Asiya ilə Avropa arasında strateji tranzit körpüsü roluna qədər bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə fəal iştirak edir. Bir çox hallarda isə bu layihələrin təşəbbüskarı və aparıcı qüvvəsi kimi çıxış edir. Məhz bu səbəblərdən Rusiya Azərbaycana qarşı təzyiqlərini artırmağa çalışır. Yekaterinburqda baş verən qətl hadisəsi də bu təzyiqlərin bariz nümunəsidir. Belə hallarda Rusiyada adətən “miqrant ovu” başlayır. Miqrantlar əsassız olaraq narkotik alveri, terrorçuluğa dəstək kimi ağır ittihamlarla üzləşirlər. Bu cür hallar təkcə Yekaterinburqla məhdudlaşmır, Rusiyanın demək olar ki, bütün iri şəhərlərində müşahidə olunur.

“Rusiya ruslar üçündür” şüarı ilə siyasətə atılan populist siyasətçilər islamofob mövqelər sərgiləyir və iddia edirlər ki, guya ölkədə iqtisadi vəziyyətin pisləşməsinə miqrantlar səbəb olur. Onların fikrincə, miqrantlar iş yerlərini tutaraq rusların işsiz qalmasına yol açırlar. Halbuki reallıq tamam fərqlidir - miqrantlar əsasən rusların işləməkdən imtina etdiyi ən ağır və zəhmətli işlərdə çalışırlar.

İnsan itkisi ilə nəticələnən Bakı-Qroznı reysi ilə uçan təyyarənin vurulmasından çox keçməmiş beş azərbaycanlının polis tərəfindən amansızlıqla qətlə yetirilməsi artıq heç bir məntiqə, qanuna və insani dəyərlərə sığmır. Vladimir Solovyov kimi yalan və qərəzli təbliğatçılar bu vəhşiliyə nə qədər haqq qazandırmağa çalışsalar da, reallıq dəyişmir. Rusiya bu cür repressiv tədbirlərlə nə xalqları, nə də dövlətləri öz ətrafında saxlaya bilər.

Azərbaycanlı deputatın hava limanında saxlanılaraq deportasiya edilməsi, ölkəmizə qarşı təşkil olunan kiberhücumlar, Azərbaycanın ixrac etdiyi məhsullarda guya “zərərli maddələrin” tapılması və digər təxribat xarakterli addımlar heç bir halda müttəfiqlik münasibətlərinə uyğun gəlmir.

Bütün bu hadisələr bir daha sübut edir ki, Rusiya tərəfindən sərgilənən bu siyasət bölgədə sabitliyə deyil, qarşıdurmaya və etimad itkisinə xidmət edir. Əgər Moskva regional əməkdaşlığı və tərəfdaşlığı davam etdirmək istəyirsə, əvvəlcə müttəfiq dediyi ölkələrə qarşı bu cür düşmən yanaşmadan imtina etməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib