Rusiyada xarici mənşəli ilk çikunqunya qızdırması halı qeydə alınıb
Moskva, 29 avqust, AZƏRTAC
Rusiyada xarici mənşəli ilk çikunqunya qızdırması halı qeydə alınıb; pasiyent xəstəxanaya yerləşdirilib, onun vəziyyəti orta ağırdır.
AZƏRTAC “Rospotrebnadzor”un mətbuat xidmətinə istinadla xəbər verir ki, xəstə Şri-Lankadan Moskvaya uçub, ertəsi gün tibbi yardıma müraciət edib və denge qızdırması şübhəsi ilə yoluxucu xəstəliklər şöbəsinə aparılıb. Testlər çikunqunya virusu üçün müsbət nəticə göstərib, material diaqnozu təsdiqləmək üçün “Rospotrebnadzor”un “Vektor” mərkəzinə göndərilib.
Departament vurğulayıb ki, Rusiyada infeksiyanın yayılması riski yoxdur, çünki xəstəlik yalnız ötürülmə yolu ilə - ağcaqanad dişləməsi zamanı ötürülür və ölkədə onların sayı epidemioloji təhlükə yaratmır.
Çikunqunyanın simptomlarına atəş, oynaqlarda və əzələlərdə ağrı, yorğunluq, səpgi və oynaqların şişməsi daxildir. Virus üçün peyvənd və ya spesifik müalicə yoxdur.
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]