RUSİYADA YAŞAYAN AZƏRBAYCANLILARIN STATUSU SON İLLƏR YAXŞILIĞA DOĞRU ÇOX DƏYİŞMİŞDİR
AZƏRTAC xəbər verir ki, Rusiyada yaşayan azərbaycanlıların statusu son illər yaxşılığa doğru xeyli dəyişmişdir. Bu barədə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) vitse-prezidenti Araz Ağalarov bildirmişdir.
A.Ağalarov demişdir ki, Rusiyadakı vəziyyət orada yaşayan azərbaycanlılar üçün son zamanlar əlverişli olmuşdur və bu işdə Azərbaycan diasporunun böyük rolu vardır. ÜAK vasitəsilə rusiyalıların azərbaycanlılara qarşı münasibəti qəti şəkildə dəyişir. Azərbaycanın Rusiyadakı diasporu bütün dünyada olduğu kimi, son illər sürətlə inkişaf edir və Azərbaycan haqqında uzun illər ərzində formalaşmış stereotip dəyişir.
Vitse-prezident bildirmişdir ki, gələcəkdə də Rusiya hakimiyyətinin azərbaycanlılara qarşı münasibəti olduğu kimi qalacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]