RUSİYANIN GÜLÜŞ USTALARI BAKIDA ÇIXIŞ EDƏCƏKLƏR
Saraydan AZƏRTAC-a bildirmişlər ki, “Anşlaq” şirkətinin təqdim edəcəyi gülüş axşamında Rusiyanın əməkdar artisti Svetlana Rojkova “Gülüşterapiya seansı” proqramı, Teleteatrın artistləri Ponomarenko qardaşları, Gennadi Vetrov yeni parodiyalarla, satirik və yumoristik “Özünə bax” proqramı ilə çıxış edəcəklər. Rusiyanın tanınmış satirik yazıçısı Lion İzmaylovun və digər yumor ustalarının əsərləri monoloqları səslənəcəkdir. Konsertin sponsoru Rusiyanın “Donskoy Yantar” yağ istehsalı müəsisəsidir.