RÜŞVƏTDƏN İMTİNAYA GÖRƏ MÜKAFAT
Yol-Patrul Xidmətinin yüksək vəzifəli məmurlarının bu təşəbbüsü yerli avtoinspeksiyanın şəxsi heyətini o dərəcədə ruhlandırmışdır ki, qısa bir müddətdə İvanovo vilayətində DYHTİ əməkdaşlarına rüşvət vermək cəhdinə görə 12 cinayət işi qaldırılmışdır. Səhlənkar sürücülərin cəzalandırılmasının əsas növü cərimə və yaxud şərti olaraq azadlıqdan məhrum edilməkdir. İnzibati protokol yazmaqdan imtina etməyə görə rüşvət verməyə cəhd göstərən avtomobil sürücülərindən biri isə 6 ay həbs cəzası almışdır. Vilayət Daxili İşlər İdarəsinin mətbuat xidməti belə bir faktı da qeyd etmişdir ki, bu cür həvəsləndirmə növü digər ölkələrdə, Rusiyada isə Tatarıstanda çoxdan tətbiq olunur. Tatarıstanda yol inspektorlarından biri rüşvət kimi təklif olunan VAZ avtomobilindən imtina etdiyinə görə 80 min rubl məbləğində mükafat almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]