Sabah 13 mindən çox şagird buraxılış imtahanı verəcək
Bakı, 1 iyul, AZƏRTAC
Sabah Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanlarda 13 min 450 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur.
İmtahanlar saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatacaq. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:51]
Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub
- 07.10.2026 [15:31]
Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil
- 07.10.2026 [14:23]