“SABAH” qruplarına 738 tələbə qəbul olunub VIDEO
Bakı, 15 avqust (AZƏRTAC). Təhsil Nazirliyi tərəfindən keçirilmiş müsabiqənin nəticələrinə əsasən, “SABAH” qruplarına 738 tələbə qəbul olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “SABAH” qruplarının Azərbaycanda fəaliyyət göstərən 34 ali təhsil müəssisəsinin birinci kurs tələbələrindən, 53 ixtisas üzrə müsabiqə yolu ilə formalaşdırılması nəzərdə tutulub. Müsabiqə prosesi üç mərhələdən - elektron ərizələrin qəbulu, test imtahanı və müsahibə mərhələsindən ibarət olub.
Elektron ərizələrin qəbulu “SABAH” qruplarının rəsmi saytı (www.sabah.edu.az) vasitəsilə bu il mayın 12-dən iyunun 15-dək aparılıb. Elektron müraciət edən 2 min 479 tələbədən 2 min 34-ü sənədini təsdiqləyib.
“SABAH” qruplarına test imtahanı iyulun 6-da Bakıda və Naxçıvan şəhərlərində keçirilib. Test imtahanında iştirak etmiş tələbələrin imtahan nəticələrinin yekun təhlili aparılarkən ixtisasların prioritetliyi nəzərə alınıb. Müsahibəyə buraxılmış 859 tələbədən 843 nəfəri müsahibədə iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:18]
BDU-da “Sosial Tərəfdaş” layihəsi çərçivəsində məlumatlandırma sessiyası
- 15.10.2026 [17:02]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [16:49]
BSU ilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu yeni layihəyə başlayıb
- 15.10.2026 [16:47]