“Sabah”dan ən böyükhesablı ev qələbəsi: İki rekord təkrarlanıb
Bakı, 11 mart, AZƏRTAC
“Sabah” Premyer Liqada ən böyükhesablı ev qələbəsini qazanıb.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildirilib ki, Bakı klubu Misli Premyer Liqasının XXIII turunda “Qəbələ”ni 7:1 hesabı ilə məğlub edib.
Bu, həm də “Sabah”ın ən böyük fərqli qələbəsinin təkrarı olub. 2022-ci il dekabrın 23-də “Sumqayıt”ın qonağı olan bakılılar 6:0 hesablı qələbəyə sevinmişdilər. Həmin matç da Premyer Liqa çərçivəsində baş tutub. 2022/2023-cü illər mövsümündə səfərdə 6 top fərqi ilə qalib gələn “bayquşlar” eyni uğuru evdə təkrarlayıb.
“Sabah” Premyer Liqanın cari mövsümünün ən böyük qələbəsinin də təkrarlayıb. XXIII turun bir gün əvvəlki matçında “Qarabağ” “Araz-Naxçıvan”ı 6:0 hesabı ilə məğlub etmişdi. Bu rekordu təkrarlayan paytaxt təmsilçisi mövsümün bir oyununda 7 qol vuran ilk komanda olub və öz tarixində ilk dəfə Premyer Liqa görüşündə bu qədər qola imza atıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]