Sabirabadda 11 şəxsdən müxtəlif marka və kalibrli silahlar aşkarlanıb
Sabirabad, 25 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində 11 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb.
Faktlar üzrə Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.