SABİRABADDA SUBASMA İLƏ ƏLAQƏDAR KÖÇÜRÜLMÜŞ DÖRD KƏNDİN ƏHALİSİ ÖZ EVLƏRİNƏ QAYITMIŞDIR
Bakı, 17 may (AZƏRTAC). Kür çayının daşması ilə əlaqədar Sabirabad rayonunun subasmaya məruz qalmış ərazilərindən köçürülərək Şirvan şəhəri ərazisində məskunlaşmış 4 kəndinin 1000-ə yaxın əhalisi artıq öz evlərinə qayıtmışdır.
Çadırlarda məskunlaşmış əhalinin evlərinə qaytarılması üçün kifayət qədər yük avtomobili ayrılmışdır. Çöl Ağaməmmədli, Sərxanbəyli, Əliləmbəyli, Bala Həşimxanlı kəndlərinin sakinləri artıq öz evlərindədirlər.
Evlərinə qayıtmış əhaliyə Fövqəladə Hallar Nazirliyi tərəfindən ərzaq və digər zəruri yardımlar göstərilmişdir. Səhiyyə Nazirliyinin həkim briqadaları da müntəzəm olaraq kəndlərin əhalisinə tibbi xidmətlər göstərirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]