SABİRABADIN DAŞQINA MƏRUZ QALMIŞ KƏNDLƏRİNDƏ YÜZƏ YAXIN NASOS QURAŞDIRILMIŞDIR
Bakı, 15 may (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin qüvvələri Kürqırağı təbii fəlakət zonasında intensiv iş aparır. Sabirabadın daşqına məruz qalmış kəndlərində nazirliyin yüzə yaxın güclü nasosu quraşdırılmışdır. Bu nasoslarla Kür çayının daşqın suları ən qısa müddətdə ərazidən kənara axıdılacaq və bundan sonra əhalinin yenidən öz kəndlərinə qayıtmasına icazə veriləcəkdir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov demişdir: çalışırıq ki, əhali öz evlərinə qayıdanadək həmin kəndlərdə hazırlıq işlərini başa çatdıraq, bütün infrastruktur bərpa olunsun. İçməli suyun, təbii qazın və elektrik enerjisinin verilişi bərpa edilsin, ərazilərdə yoluxucu xəstəliklərin başvermə ehtimalı olmasın.
Nazir demişdir ki, bu, uzun çəkməyəcəkdir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq rəsmi qurumlar tərəfindən bütün tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]