SABİRABADIN TƏBİİ FƏLAKƏT BÖLGƏSİNDƏN KÖÇÜRÜLMÜŞ ƏHALİSİ DOĞMA KƏNDLƏRİNƏ QAYIDIR
Sabirabad, 14 may (AZƏRTAC). Sabirabadın təbii fəlakət bölgəsindən köçürülmüş əhalisi doğma kəndlərinə qayıdır.
Bu barədə təbii fəlakət bölgəsində işləyən jurnalistlərə müsahibəsində fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat vermişdir. Nazir demişdir ki, Kür çayının iki yerində - Şirvan şəhərinin Bayramlı qəsəbəsi və Sabirabad rayonunun Mürsəlli kəndi istiqamətində yıxılmış bəndlərinin qısa müddətdə bərpasının başa çatdırılması çox sevindirici haldır. Çadır düşərgələrində məskunlaşmış əhalinin artıq doğma ev-eşiklərinə qaytarılmasına başlanmışdır. Əlbəttə, ilk növbədə fəlakət bölgəsində yerləşsə də, subasmaya məruz qalmamış evlərin sakinləri köçürülür.
Kəmaləddin Heydərov onu da bildirmişdir ki, subasmaya məruz qalmış ərazilərdəki evlərdə nazirliyin iritutumlu su nasosları quraşdırılacaq və həyətləri basmış süxur və sel suları kənara axıdılacaqdır. Həyətlər sudan təmizləndikdən sonra əhalinin köçürülməsi davam etdiriləcəkdir.
Nazir qısa müddətdə əhalinin doğma evlərinə köçürülməyə başlanmasını çox sevindirici, əlamətdar hadisə kimi səciyyələndirmiş və bildirmişdir ki, bu, daşqın zonasında fövqəladə tədbirlər görülməsi barədə Prezident İlham Əliyevin verdiyi qəti, prinsipial tapşırıq və göstərişlərin yerinə yetirilməsinin nəticəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]