“Şahbuz” və “Ordubad” voleybolçuları arasında keçirilən yoldaşlıq görüşündə şahbuzlular qələbə qazanıb
Naxçıvan, 1 mart, AZƏRTAC
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Naxçıvan Muxtar Respublikası - 95” devizi altında “Şahbuz” və “Ordubad” komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının birgə təşkil etdiyi görüş şahbuzlu voleybolçuların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Sonda hər iki komandaya federasiya tərəfindən voleybol topları hədiyyə edilib.