Şahdağ Milli Parkının ərazisindəki “Heydər zirvəsi”nə kütləvi yürüş keçirilmişdir
Bakı, 10 may (AZƏRTAC). Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Şahdağ Milli Parkının ərazisindəki “Heydər zirvəsi”nə kütləvi yürüş keçirilmişdir. Yürüşdə alpinistlərlə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları, jurnalistlər soyuq hava şəraitində dağ cığırları ilə beş saatadək piyada yol qət edərək düşərgəyə çatmışlar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Böyük Qafqazın Qızıl Qaya massivində 3 min 751 metr hündürlükdə yerləşən “Heydər zirvəsin”ə anım yürüşündə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov da iştirak etmişdir.
ETSN bir həftə ərzində “Heydər zirvəsi”nə yürüş edən iştirakçıları giriş haqqından azad etmişdir. Bununla yanaşı, nazirliyin aidiyyəti qurumları yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər görmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]