Sahibkarlar Ağdam Sənaye Parkına indiyədək 171,68 milyon manat investisiya yatırıb
Bakı, 1 iyul, AZƏRTAC
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən indiyədək 171,68 milyon manat investisiya yatırıb.
İqtisadi Zonaların İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, ölkənin ikinci ən böyük sənaye parkında fəaliyyət göstərən müəssisələr tərəfindən 1,86 milyard manatlıq məhsul satışı həyata keçirilib. Bunun 82,33 milyon manatlıq hissəsi ixracın payına düşür.
Sənaye parkında 1000-dən çox daimi iş yeri yaradılıb. İşə qəbul zamanı əsasən Ağdam və ətraf rayonlardan olan vətəndaşlara üstünlük verilir ki, bu da bölgədə məşğulluğun artırılmasına mühüm töhfə verir.
Sənaye parkında 31 sahibkarlıq subyektinə rezident, 4 sahibkara isə qeyri-rezident statusu verilib.