Sahibkarlar Serbiya-Azərbaycan biznes forumunda iştiraka dəvət olunurlar
Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 28-də Belqradda Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) AZƏRTAC-a bildirilib ki, iclas çərçivəsində Serbiya-Azərbaycan biznes forumu baş tutacaq.
AZPROMO və Serbiyanın Ticarət və Sənaye Palatasının (CCIS) birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur.
Azərbaycan sahibkarları Serbiya-Azərbaycan biznes forumuna dəvət olunurlar. Qeyd edək ki, forumla bağlı bütün xərclər sahibkarlar tərəfindən qarşılanacaq. Tədbirdə iştirak etmək istəyən sahibkarlar aprelin 17-dək AZPROMO-ya müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:20]
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- 06.10.2026 [16:04]