“Şahin” hərbi-idman oyununun Tərtər rayonu üzrə qalibi müəyyənləşib










Tərtər, 10 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
“Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin Tərtərdə keçirilən rayon mərhələsinin qalibi məlum olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Olimpiya İdman Kompleksində keçirilən yarışda rayonun 17 tam orta məktəbinin komandaları iştirak edib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Sonra komandalar müxtəlif mərhələlər üzrə yarışıblar. Mərhələlər üzrə toplanan xalların cəminə uyğun olaraq qalib komandalar müəyyənləşib. Tərtər şəhər 5 nömrəli tam orta məktəbin komandası birinci yerə çıxaraq, “Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin zona mərhələsində iştirak hüququ qazanıb.