Şamaxıda biçilmiş əkin sahəsini yandıran şəxslər müəyyən olunub
Bakı, 27 iyul, AZƏRTAC
Şamaxıda biçilmiş əkin sahəsini yandıran şəxslər müəyyən olunub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon ərazisində qəsdən yanğın törədən şəxslər barəsində qanunamüvafiq tədbir görülüb. Rayonun Məlcək kəndi ərazisində xidmətdə olan polis əməkdaşları bir nəfərin əkin sahəsini yandırdığını aşkar ediblər. Yanğının ətraf əraziyə yayılmasının qarşısı alınıb və hadisəni törədən şəxsin kənd sakini Cavidan Dəmirzadə olduğu məlum olub. Onunla profilaktik söhbət aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 244-1-ci (Əkin yerinin yandırılması) maddəsi ilə protokol tərtib edilib.
Keçirilən digər analoji tədbir zamanı Qaravəlli kənd ərazisində əkin sahəsini yandıran Mənəf İsmayılov barəsində də inzibati tənbeh tədbiri tətbiq olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [18:23]
Dövlət Yanğından Mühafizə Xidməti növbəti “Açıq qapı” günü təşkil edib
- 16.06.2026 [17:42]