“Samtredia”–“Qarabağ” oyununun təyinatları açıqlanıb
Bakı, 17 iyul, AZƏRTAC
Futbol üzrə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində keçiriləcək “Samtredia” (Gürcüstan)-“Qarabağ” (Ağdam) oyununun təyinatları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, qarşılaşmanı Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Srcan Yovanoviç olacaq. Ona həmyerliləri Uroş Stoykoviç və Milan Mixayloviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Marko Popoviç yerinə yetirəcək.
Hakimlərin işinə Macarıstandan olan Laslo Vaqner qiymət verəcək. Matçın UEFA nümayəndəsi rumıniyalı Pol Daniel Zaharya olacaq.
Komandalar arasında Bakıda təşkil olunan ilk oyunda “Qarabağ” 5:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, iyulun 18-də Boris Payçadze adına stadionda keçiriləcək oyun saat 21:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]