Samur-Yalama Milli Parkının yaradılması ilə ölkəmizdə milli parkların sayı 9-a çatmışdır
Bakı, 6 noyabr (AZƏRTAC). Prezident İlham Əliyevin 2012-ci il 5 noyabr tarixli Sərəncamına əsasən Xaçmaz rayonunun inzibati ərazisində olan dövlət meşə fondu torpaqlarının 11772,45 hektarlıq sahəsində Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkı yaradılmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, parkın yaradılmasında əsas məqsəd Xəzər dənizi sahilboyu meşə ərazilərində olan endemik və relikt bitki növlərinin, sahil zonasının qızılbalıq və çəki kimi balıq növlərinin təbii yerlərinin, köçəri quşların mühüm miqrasiya yollarının qorunub saxlanılmasıdır.
Samur-Yalama Milli Parkının yaradılması ilə ölkəmizdə milli parkların sayı 9-a çatmışdır.
Hazırda Azərbaycanda 893 min hektar sahəyə malik olan xüsusi mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir ki, bu da ölkə ərazisinin 10,3 faizini təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]