SAMUX RAYONUNDA SEL SULARINA QARŞI QABAQLAYICI TƏDBİRLƏR GÖRÜLÜR
Samux, 5 may (AZƏRTAC). Aramsız yağan yağışların Samux rayonu ərazisindən keçən Gəncə və Quşqara çayları boyunca yerləşən Əhmədbəyli, Qarabağlılar, Əli Bayramlı, Çobanabdallı, Qarayeri, Qədili, Seyidlər və Sarıqamış kəndlərində təbii fəlakətin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görülür.
Rayon fövqəladə hallar komissiyasının sədri Tahir Qarayevin verdiyi məlumata görə, rayon icra hakimiyyəti qabaqlayıcı tədbirlər görmək məqsədi ilə xüsusi komissiya yaratmışdır. Komissiya Gəncə və Quşqara çaylarında aparılan sahilbərkitmə işlərinə dair keçirilən gündəlik yığıncaqda hesabat verir. Hazırda hər iki çayın rayon ərazisindən keçən hissəsinin çöküntülərdən təmizlənməsində və sel sularının fəsad törədə biləcəyi güman edilən yerlərdə sahilbərkitmə işləri aparılmasında 10-dan artıq müxtəlif ağır texnika işləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]