Santorini adasında 12 800 yeraltı təkan qeydə alınıb
Bakı, 11 fevral, AZƏRTAC
Bazar ertəsi axşam Santorini adasında 5,3 maqnitudalı zəlzələ baş verib. Bu, Yunanıstanın adasında yanvarın sonlarında seysmik aktivlik başlayandan bəri ən güclü yeraltı təkandır.
AZƏRTAC xəbər verir ki, Afina Universiteti son həftələr ərzində 12 min 800 təkan qeydə alıb. Bazar ertəsi axşam saatlarında baş verən güclü zəlzələ Yunanıstanın paytaxtı Afinada da hiss olunub. Xəsarət alanlar və böyük dağıntılar barədə məlumat yoxdur.
Bununla belə, yanvar ayından bəri baş verən minlərlə zəlzələ Santorini adasında sürüşmələrə səbəb olub, “BBC News” xəbər verir ki, rəsmi məlumata görə, ada sakinləri turistlərə bir neçə yerdə sıldırım qayalıqlarda şəkil çəkdirməməyi tövsiyə ediblər.
Hazırda 11 mindən çox yerli sakin və turist adadan təxliyə edilib və əlavə reyslər planlaşdırılır.
Elan edilmiş fövqəladə vəziyyət martın 3-dək qüvvədə qalacaq. Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis adanın cənubundan təcili təxliyə marşrutunun yaradılmasına kömək etmək üçün 2,5 milyon funt sterlinq ayrılacağını açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]