ŞANXAY ƏMƏKDAŞLIQ TƏŞKİLATI DÖVLƏT BAŞÇILARI ŞURASININ DAŞKƏND GÖRÜŞÜ BAŞA ÇATMIŞDIR
Dövlət başçıları terrorizm, ekstremizm, separatizm, narkotiklərin və silahların qanunsuz dövriyyəsi, təhlükəsizlik, iqtisadi əlaqələrin genişləndirilməsi, o cümlədən Mərkəzi Asiyada ümumi bazarın formalaşdırılması məsələlərini müzakirə etmişlər.
Sammitin yekunları ilə bağlı Daşkənd Bəyannaməsi qəbul edilmiş, təşkilatın fəaliyyəti, iş prinsipləri, dövlətlər arasında bütün sahələrdə əlaqələrin tənzimlənməsi, terrorizm, ekstremizm, separatizm və s. məsələlərlə bağlı on sənəd imzalanmışdır.
Görüşdə Monqolustanın müraciəti nəzərə alınmış, təşkilatda bu dövlətə müşahidəçi statusu verilmişdir.
Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Özbəkistandan Qazaxıstana keçmişdir.
Şuranın növbəti görüşü 2005-ci ildə Astanada keçiriləcəkdir.
Liderlər sammit çərçivəsində Daşkənddə ŞƏT-in Regional Antiterror Qurumu İcraiyyə Komutəsinin mənzil-qərargahının açılışında da iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]